Sanksiyalar Rusiyanın qaz nəhəngini çətinə salıb: gəlir iki dəfə azalıb
Rusiyanın qaz nəhəngi olan “Qazprom” şirkətinin gəlirləri kəskin şəkildə azalıb.
Sfera.az xəbər verir ki, şirkətin bu ilin birinci yarısında gəliri 4,1 trilyon rubl (təxminən 43 milyard dollar) olub. Şirkətin ilin ilk yarısında xalis mənfəəti isə 2022-ci ilə nisbətən 88 faiz azalaraq 296 milyard rubla, yəni 3,1 milyard dollara düşüb. Ötən ilin birinci yarısında “Qazprom” 26 milyard dollara yaxın xalis mənfəət əldə etmişdi.
Şirkətin məlumatına görə, gəlirin kəskin azalması “Qazprom” tərəfindən Avropaya göndərilən təbii qazın miqdarının azalması ilə bağlıdır. Sanksiyalardan sonra Avropanın qaz idxalını azaltması şirkətin mənfəət həcmlərini xeyli azaldıb.
Ötən müddətdə “Qazprom” gəlirini artırmaq üçün Çinə ixracını artırıb. Lakin Çinə ixracdakı artım Avropaya ixracdakı azalmanı kompensasiya edə bilməyib.
Vasif