Türkiyənin xarici ticarəti acınacaqlı durumda - 120 milyard dollarlıq kəsir

Türkiyənin xarici ticarəti acınacaqlı durumda - 120 milyard dollarlıq kəsir

Türkiyənin xarici ticarətindəki neqativ proseslər 2023-cü ildə də davam edərək daha acınacaqlı vəziyyətin yaranmasına səbəb olub.

 

Sfera.az Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara istinadən xəbər verir ki, iyulda xarici ticarət kəsiri illik müqayisədə 14,2 faiz artaraq 12,22 milyard dollar olub. Bununla da 12 aylıq xarici ticarət kəsiri 120,71 milyard dollara yüksəlib.

 

Türkiyədə 12 aylıq xarici ticarət kəsiri mayda rekord səviyyəyə - 122,27 milyard dollara çatmıışdı.

 

Türkiyədə idxalın ixracla müqayisədə daha sürətlə artması müşahidə edilir. İyulda ixrac əvvəlki ilin eyni ayına görə 8,3 faiz artdığı halda, idxal 10,5 faiz artıb.

 

Türkiyənin ixracı idxalın 63,4 faizini kompensasiya edə bilir.

 

Qeyd edək ki, Türkiyənin məhz xarici ticarət kəsirinin böyük olması lirənin ucuzlaşmasına səbəb olur. Lirənin ucuzlaşması isə idxalın azalmasına səbəb olmalıdır. Lakin bu dinamika Türkiyənin xarici ticarətində müşahidə edilmir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Rafael Ağayev əməliyyat olundu - FOTO

Karate üzrə dünya və Avropa çempionu Rafael Ağayev əməliyyat keçirib.   Sfera.az xəbər verir ki, bu barədə idmançı özü paylaşım edib.   ...

Sakinlərə XƏBƏRDARLIQ: Bu saatlarda liftdən istifadə etməyin

Mayın 9-da səhər saat 09:00-dan günorta 13:00-a qədər Moskva sakinlərinə liftlərdən istifadə etməmələri bildirilib.   Sfera.az xəbər verir ki, b...

İlham Əliyev "Xocalı" yarımstansiyasının açılışında iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzin...

Yeni Papa ilk xütbəni verdi: “İncili təbliğ edin"

Vatikanın Müqəddəs Pyotr Bazilikasında keçirilən mərasimdə Katolik Kilsəsinin yeni rəhbəri Papa XIV Leo ilk xütbəsini verib. Ənənəvi ayinlər çərçivəsində keçiri...

Nazan Öncəl xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış müğənnisi Nazan Öncəl xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkə hesabında mə...

DTX-da Ulu Öndər Heydər Əliyevin 102 illiyi qeyd olunub - FOTOLAR

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti...