“Mətbəxdə yanan qazın 30 faizi \"Şahdəniz\"dən hasil edilir” - Ekspert

“Mətbəxdə yanan qazın 30 faizi \

“Azərbaycanın "Şahdəniz" yatağından indiyə qədər hasil etdiyi qazın həcmi 200 milyard kubmetrə çatıb. Bu, yatağın ümumi ehtiyatlarının təqribən 1/5 hissəsi deməkdir”.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı "Caspian Barrel"in rəhbəri, neft-qaz sahəsi üzrə ekspert İlham Şaban paylaşıb.

 

İ.Şaban bildirib ki, 200 milyard kub metr həcmində qazı Azərbaycan 200 ay müddətində hasil edib. Ekspert yataqdan qazla yanaşı 43,1 milyon ton kondensat (daha yüngül neft – red.) hasil edildiyini də vurğulayıb:

 

“"Şahdəniz"dən ilk 100 milyardıncı qaz həcminin çıxarılması 2019-cu ilin ilk günlərinə təsadüf etmişdi. Yataqdan ilk 100 milyard kubmetr həcmində qazın çıxarılmasına 12 il zaman sərf olundu. İkinci 100 milyard kubmetrin hasilatı üçün cəmi 4 il 7,5 ay vaxt lazım gəldi. Hasilat həcmlərinin artmasına 2018-ci ilin avqustunda "Şahdəniz-2" layihəsi üzrə hasilatın başlanması səbəb olmuşdu.

 

Artıq 2021-ci ilin iyununda "Şahdəniz-1" və "Şahdəniz-2" layihələri üzrə hasilat həcmləri bərabərləşdi və sonrakı dövrlərdə "Alfa" platformasından (2006-cı ildən istismardadır) hasilat azalmağa, "Bravo" platformasından (2018-ci ildən istismardadır) isə artmağa başlayır”.

 

İ.Şaban qeyd edib ki, hazırda "Şahdəniz" yatağından gündəlik 72,6 milyon kubmetr qaz hasil olunur və çıxarılan qazın 30%-i Azərbaycanın daxili istehlakının ödənməsinə yönəldilir: “Hər bir Azərbaycanlı istehlakçı bilməlidir ki, qaz sobasında əmələ gələn alovun təqribən 1/3 hissəsi "Şahdəniz"dən qaynaqlanır”.

 

İ.Şaban "Şahdəniz" yatağından qazın çıxarılmasının Azərbaycanı qaz idxalçısından ixracatçısına çevirdiyini də söylədi: “”Şahdəniz” 2007-ci ildən Azərbaycanı təkcə Rusiyadan qaz asılılığından azad etmədi, həmçinin ölkəmizin adını qaz ixraçatcıları sırasına əlavə etdi. "Şahdəniz" qazı Azərbaycan iqtisadiyyatını neft gəlirlərindən asılılığı azaldan, onun şaxələndirilməsi yolunda atılan ən mühüm layihə oldu. Nəhayət, "Şahdəniz" qazı Azərbaycanı birbaşa Avropa ilə borularla bağlayan bir meqa layihədir”.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...