Logo

MDB ölkələrində ən yüksək işsizlik Ermənistandadır – RƏQƏMLƏR

MDB ölkələrində ən yüksək işsizlik Ermənistandadır – RƏQƏMLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

MDB ölkələrinin əksəriyyətində 2022-ci ilə dair işsizliyin səviyyəsi məlum olub.

Sfera.az xəbər verir ki, bu ölkələr arasında ən yüksək işsizlik səviyyəsi Ermənistanda qeydə alınıb.

Ermənistanda məşğul əhalinin 13 faizi işsizdir. Bu göstərici 2021-ci ildə 15,4 faiz, 2020-ci ildə 18,1 faiz idi.

MDB-də işsizlik səviyyəsi yüksək olan ikinci ölkə Özbəkistandır. Özbəkistanda məşğul əhalinin 8,9 faizi işsizdir. 2020-ci ildə özbəklərin 10,5 faizi, 2021-ci ildə 9,6 faizi işsiz olub.

Azərbaycan işsizlik səviyyəsinin yüksək olmasına görə üçüncü sırada dayanır. Ölkəmizdə məşğul əhalinin 5,6 faizi işsizdir. İşsizlik səviyyəsi 2020-ci ildə 7,2 faiz, 2021-ci ildə 6 faiz idi.

İşsizlik Qazaxıstan və Qırğızıstanda 4,9 faiz, Rusiyada 3,9 faiz, Belarusda 3,6 faiz, Moldovada 3,1 faiz olub.

Tacikistan və Türkmənistan işsizliklə bağlı göstəriciləri açıqlamır.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR