Dollar bahalaşmaqda davam edir – Azərbaycana hansı təsirləri olacaq?

Dollar bahalaşmaqda davam edir – Azərbaycana hansı təsirləri olacaq?

ABŞ dolları bu ilin iyulundan qlobal səviyyədə yenidən bahalaşır.

 

Sfera.az xəbər verir ki, ABŞ valyutasının bahalaşmasını avro/dollar kursundakı dəyişiklikdən də görmək olur.

 

Bu ilin iyulun 17-də 100 avro 112 dollardan baha idi. Amma hazırda 100 avro 107,7 dollardır.

 

Dolları bahalaşdıran əsas amil ABŞ-də inflyasiya səviyyəsinin aşağı düşməsi prosesinin dayanmasıdır. Amerikada son 12 ayda inflyasiya sürəti enirdi. Lakin illik inflyasiya iyulda 3 faizdən 3,2 faizə yüksəlib.

 

Birja analitikləri hesab edir ki, bunu nəzərə alaraq ABŞ mərkəzi bankı faizləri bir qədər də artıra bilər. Belə bir gözləntini yaradan əsas amil isə ABŞ-də məşğulluq göstəricilərinin yaxşı olmasıdır. Onların fikrincə, ölkədə məşğulluq sahəsində vəziyyət yaxşı olduğundan mərkəzi bank daha böyük inamla faizləri artıracaq.

 

Faizlərin artırılması isə dolları bir qədər də gücləndirəcək. Bu gözləntilər dolları aparıcı valyutalara nisbətən bahalaşdırır.

 

Dolların bahalaşması dünyada əmtəə qiymətlərinə azaldıcı təsir göstərir. Son günlər neft qiymətlərindəki yüksəlişin dayanmasını da bununla əlaqələndirmək olar. “Qara qızıl”ın qiymətləri ayyarım ərzində yüksəldikdən sonra son 2 həftədə enir. Neftin birja dəyəri dollarla müəyyən edildiyindən dollardakı bahalaşdırma nefti ucuzlaşdırır.

 

Dolların bahalaşmasının Azərbaycana təsirini də əsasən neft gəlirlərinin azalması şəklində görə bilirik. Bununla yanaşı baha dollar əmtəə qiymətlərini azaltdığından bu dəyişiklik idxal inflyasiyasını da zəiflədir. Bu baxımdan baha dollar bizim üçün əlverişlidir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb.  ...

Rusiya yay hücumuna hazırlaşır: 160 minlik ordu cəbhədə

CNN-in xəbərinə görə, Rusiya yaxın vaxtlarda Ukraynada genişmiqyaslı yay hücumuna keçə bilər. Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşd...

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Müğənni Elçin Göyçaylı həbs olunub.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.   ...

Prezident onlara müraciət ünvanladı

Bakıda Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə görüşü keçirilir.   Sfera.az xəbə...