Elektron ticarətin dövriyyəsi 19 milyard manatı ötüb - Nağdsız ödənişlərə maraq artır

Elektron ticarətin dövriyyəsi 19 milyard manatı ötüb - Nağdsız ödənişlərə maraq artır

Azərbaycanda elektron ticarətin dövriyyəsi son illərdə xeyli böyüyüb. Əvvəlki illərlə müqayisədə son illərdə ticarət obyektlərindən alınan malların dəyərinin plastik kartlar və elektron ödəniş vasitələri ilə ödənilməsində aktivlik müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, 2018-ci ildə elektron ticarətin həcmi 1,67 milyard manat olduğu halda, 2020-ci ildə 4,14 milyard manata, 2022-ci ildə 18,52 milyard manata yüksəlib.

 

Elektron ticarətin dövriyyəsində artım 2023-cü ildə də davam edir. İlk 7 ayın məlumatına əsasən, ticarət dövriyyəsinin həcmi 19,07 milyard manata çatıb ki, bu da ötən ilin 12 aylıq nəticəsindən də çoxdur.

 

Bu ilin hər bir ayında elektron ticarət dövriyyəsi 2 milyard manatdan çox olub. Hətta iyulda 3,58 milyard manat təşkil edib.

 

Elektron ticarətin dövriyyəsinin artmasına plastik kartlarla ödənişin əlverişli olması da təsir edir. Təmassız ödəniş imkanı verən kartların sayının artması ödənişin sürətlə aparılması imkanını artırır. Hazırda kartların 74 faizindən çoxu təmassız ödənişə imkan yaradır.

 

Bundan başqa plastik kartlarla ödənişlərə görə bankların 1-2 faiz nisbətində qalıq qaytarması (“cashback”), kartlarla ödənilən ƏDV-lərin nağd ödənişlərə nisbətən daha çox hissəsinin (nağdsız ödənişlər üzrə 17,5%, nağd ödənişlər üzrə 5%) geri qaytarılması elektron ticarətin dövriyyəsini artırır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR