Azərbaycanda sənaye məhsullarının 73 faizini əcnəbilər istehsal edir

Azərbaycanda sənaye məhsullarının 73 faizini əcnəbilər istehsal edir

Azərbaycanda sənaye məhsullarının böyük hissəsini hələ də əcnəbi şirkətlər istehsal edir.

 

Sfera.az xəbər verir ki, bu vəziyyət 2022-ci ildə bir qədər də pisləşib.

 

Ötən il Azərbaycanda 86,38 milyard manat dəyərində sənaye məhsulu istehsal olunub.

 

Bir il əvvəlki dövrlə müqayisədə dəyər ifadəsində sənaye məhsulunun istehsalı 31,15 milyard manat, yəni 56 faizdən çox artıb.

 

Bu qədər məhsulun 63,3 milyard manatını (73,2 faiz) xarici mülkiyyətdə olan müəssisələr istehsal edib. 2021-ci ildə sənaye məhsulunun 63 faizi əcnəbilər tərəfindən istehsal olunmuşdu. Müqayisə göstərir ki, ötən ilə nisbətən əcnəbilərin sənaye istehsalındakı payı bir qədər də artıb.

 

Əcnəbilərin sənayedə rolunun bu qədər yüksək olması neft-qaz sənayesi ilə bağlıdır. Azərbaycan sənayesində neft-qaz istehsalının payı çoxdur və burada istehsal edilən məhsulun böyük hissəsi əcnəbilər tərəfindən təmin edilir. Buna görə də cəmi sənaye məhsullarının istehsalında əcnəbi şirkətlər ilk sırada yer tutur.

 

Sənaye məhsulunun daha 2,3 faizi əcnəbilərlə yaradılan birgə müəssisələr tərəfindən istehsal olunub.

 

Qalan məhsulun 12 faizini yerli vətəndaşlara məxsus olan müəssisələr, təxminən bir o qədərini dövlət müəssisələri istehsal edir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

DTX-da Ulu Öndər Heydər Əliyevin 102 illiyi qeyd olunub - FOTOLAR

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti...

Ukrayna macar casusları aşkara çıxardı - İllərdir pusquda...

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkə tarixində ilk dəfə olaraq Macarıstan hərbi kəşfiyyatçılarını ifşa edib.    Sfera.az bu barədə “RB...

"Sülh sazişi imzalamağa hazırıq" - Ermənistan XİN

Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.    Sfera.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan b...

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...