Dollar alışı 2 dəfə azalıb – Ötənilki nəticə təkrarlanır

Dollar alışı 2 dəfə azalıb – Ötənilki nəticə təkrarlanır

Bu il Azərbaycanda dollara tələbin xeyli azalması müşahidə edilir. 


Sfera.az xatırladır ki, ötən ilin ilk 7 ayında nağd formada 1,5 milyard dollar alındığı halda bu il alışın həcmi 2 dəfə azalaraq 872 milyon dollara düşüb. 


Satışda isə ciddi fərq yoxdur. Ötən ilin yanvar-iyul ayları ərzində 1,13 milyard dollar satıldığı halda cari ilin eyni dövründə satışın məbləği 955 milyon dollar olub. 


Müqayisə göstərir ki, bu il dollar alışı kəskin azalıb. Başqa sözlə dollara tələb xeyli zəifləyib. 


Son 2 ildə dollar satışının yüksək olmasını Rusiya və Ukrayna arasında baş verən müharibə ilə əlaqələndirmək olar. Müharibə səbəbindən xüsusən Rusiyadan böyük məbləğdə ABŞ dollarında olan vəsait Azərbaycan banklarına köçürülüb. Həmin vəsaitin bir hissəsi sonradan manata dəyişdirilərək daşınmaz əmlakın alınması və digər məqsədlər üçün istifadə edilib. 


Bu vəziyyət dollara tələbi də zəiflədib. Xaricdən pul köçürmələrinin artması daxili bazarın xarici valyutaya olan tələbinin böyük hissəsini ödəyib. Buna görə də mübadilə məntəqələrində xarici valyuta alışı xeyli azalıb. 


Digər tərəfdən əhalinin manatla yığımlarında da artım baş verir. 2023-cü ildə də əmanətlərin manatla olan hissəsinin həcmi artır. Manatla olan əmanətlərin bir hissəsi məhz xarici valyutada olan vəsaitlərin dəyişdirilməsi hesabına yaranır.   


Sadalanan amillər Azərbaycanda nağd dollara tələbi xeyli azaldıb. 


Dollara tələbin azalmasını Mərkəzi Bankda keçirilən valyuta hərraclarında da görmək mümkündür. 2022-ci ilin ikinci yarısına qədər valyuta hərraclarında hər ay orta hesabla 450-600 milyon dollar satıldığı halda bu ilin geridə qalan ayları ərzində 200-300 milyon dollar satılır. 


Vəziyyətin təhlili göstərir ki, Rusiya Ukrayna müharibəsi davam etdiyi müddətdə Azərbaycana xaricdən valyuta axını böyük olacaq və bu amil dollara tələbi zəiflədəcək.   


Vasif


OXŞAR XƏBƏRLƏR

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...

Çilidə təyyarə qəzası olub, çoxlu sayda insan ölüb

Çilinin Curacavi şəhərində baş verən təyyarə qəzasında altı nəfər həyatını itirib. Qəza nəticəsində pilot, köməkçi pilot, bir həkim, tibb bacısı, xəstə və xəstə...

Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-c...

Almaniyada miqrasiya qərarı - “Milli fövqəladə vəziyyət” elan edildi

Almaniyanın yeni Kansleri Fridrix Mers ölkənin sərhədlərini daimi şəkildə nəzarətə almaq məqsədilə miqrasiya məsələsində “milli fövqəladə vəziyyət” ...