Logo

Azərbaycanda dollara tələbat niyə artıb? – AÇIQLAMA

Azərbaycanda dollara tələbat niyə artıb? – AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən həftə hərraclarda dollara tələb artıb.

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu proses mövsümi iqtisadi səbəblərlə yanaşı, psixoloji faktorlarla da bağlıdır.

“Yay mövsümünün sona yaxınlaşması, idxalın artması dollara yeni tələb yaradır. Həmçinin, qonşu ölkələrdəki volatillik, xüsusən də Rusiyada rublun ucuzlaşması valyuta bazarına psixoliji təsir formalaşdırır”, deyə V.Bayramov qeyd edib.

Millət vəkili bildirib ki, dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişəcəyi Mərkəzi Bankın mövqeyindən asılıdır: “Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlığı Mərkəzi Bankın qərarları müəyyənləşdirir”.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR