Rusiyanın “Qara dəniz” planı DEŞİFRƏ OLDU

Rusiyanın “Qara dəniz” planı DEŞİFRƏ OLDU

Rusiyanın “Qara dəniz” planı açıqlanıb.

 

Sfera.az bildirir ki, bu barədə Britaniyanın "Telegraph" qəzeti məlumat yayıb. Yazıda Rusiyanın Afrikaya taxıl ixracatını sürətləndirəcək razılaşma üçün hərəkətə keçdiyi bildirilib. Sözügedən danışıqların Macarıstanda aparıldığı vurğulanıb.

 

Qəzetin məlumatına görə, Rusiyanın Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov Qətər və Türkiyə ilə birlikdə bu istiqamətdə görüşlər keçirir.

 

“Rusiya rəsmisi Macarıstanda Ukraynanın iştirakını istisna edən mümkün yeni Qara dəniz taxıl sazişi üçün danışıqlar aparır. Bu şəxs, yəni Rüstəm Minnixanov Rusiyanın Ukraynaya hücumunu dəstəkləyib və Avropa İttifaqı tərəfindən olmasa da, ABŞ-nin sanksiyalarına məruz qalıb”, deyə nəşr qeyd edib. Almaniyanın “Bild” qəzeti də oxşar mövzuya toxunub. Nəşrin rəsmi yazışmalara əsaslanan xəbərinə görə, Qətər, Rusiya və Türkiyə yeni taxıl ixracı müqaviləsi hazırlayır.

 

Xatırladaq ki, Rusiya Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxmasına imkan verən taxıl müqaviləsini üçüncü dəfə uzatmayacağını bəyan etmişdi.

 

Qeyd edək ki, taxıl sazişi Türkiyə və BMT-nin vasitəçiliyi ilə 27 iyul 2022-ci ildə imzalanıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR