Rusiya Ukraynanın taxıl yollarını bağladı,  ABŞ yeni dəhliz axtarışına BAŞLADI

Rusiya Ukraynanın taxıl yollarını bağladı,  ABŞ yeni dəhliz axtarışına BAŞLADI

Rusiyanın Qara dəniz taxıl dəhlizi sazişindən çıxmasından sonra ABŞ Ukraynanın taxıl ixracı üçün alternativ yollar tapmağa çalışır.

 
Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel Birləşmiş Ştatların Rusiyanı dərhal Qara dəniz taxıl dəhlizi sazişinə qayıtmağa çağırıb. 


Patel ABŞ-nin taxılın ixrac ünvanlarına çata bilməsi üçün alternativ yol və dəhlizlər axtardığını söyləyib. ABŞ rəsmisi Rusiyanın yenidən razılaşmaya qayıdacağına inanmır. Onun sözlərinə görə buna dair hər hansı əlamət yoxdur. 


Xatırladaq ki, Qara dəniz taxıl dəhlizi sazişindən imtina etdikdən sonra Rusiya dünyanın ən böyük taxıl ixracatçılarından biri olan Ukraynanın kənd təsərrüfatı və liman infrastrukturuna hücumlara başlayıb. Hücumlar arasında Dunay çayı üzərində yerləşən Reni və İzmail limanları da var. 


Rusiya taxıl dəhlizi sazişindən çıxmazdan əvvəl Dunay limanları vasitəsilə Ukraynanın taxıl ixracının təxminən dörddə biri həyata keçirilirdi. Bu limanlarda taxıl barjalara yüklənərək, Avropa İttifaqının və NATO-nun üzvü olan Rumıniyanın ərazi suları vasitəsilə çayın aşağı axınına, sonra buradan Rumıniyanın Qara dənizdəki Konstansa limanına ötürülür, daha sonra isə gəmilərlə daşınırdı. Ukrayna rəsmiləri bildiriblər ki, hücumlar nəticəsində ərzaq ixracı üçün mühüm marşrut olan Dunayın Reni limanındakı taxıl anbarlarına ziyan dəyib. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...