Dövlət istiqrazlarının gəlirliliyi 15 ilin zirvəsinə çatdı

Dövlət istiqrazlarının gəlirliliyi 15 ilin zirvəsinə çatdı

Dünyada dövlət istiqrazlarının gəlirləri son 15 ilin ən yüksək səviyyəsinə çatıb. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, istiqrazların gəlirliliyinin artması ayrı-ayrı ölkələrə dair güclü iqtisadi göstəricilərin açıqlanması və bunun fonunda mərkəzi bankların sərt pul-kredit siyasətini hələ bir müddət davam etdirəcəyinə dair ümidlərin yaranması ilə bağlıdır. 


Qlobal dövlət istiqrazlarının ümumi gəlirliliyini hesablayan “Bloomberg” indeksi üzrə gəlirlilik avqustun 16-da 3,3 faiz artaraq 2008-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə çatıb. 


ABŞ-nin 10 illik xəzinədarlığının gəlirliliyi cümə axşamı günü 4 baza bəndinə yaxın artaraq 4,28%-dən çox olub ki, bu da 2007-ci ildən bu yana qeydə alınan ən yaxşı göstəricilərdən biridir. 


Avstraliyanın 10 illik istiqraz faizi ölkədə açıqlanan işsizlik məlumatlarından sonra 10 baz bənd artıb, Yeni Zelandiyanın 10 illik istiqraz faizi isə 11 bənd artaraq 2011-ci ildən bəri ilk dəfə 5 faizi keçib. 


Qeyd edək ki, Azərbaycanın Dövlət Neft Fondu da xarici dövlətlərin istiqrazlarına sərmayə qoyur. Hazırda fondun 55 milyard dollarlıq aktivi var. Aktivlərin 60,1 faizi, yəni 33 milyard dollara yaxını istiqrazlar və pul bazarı alətlərindədir.  İstiqrazlar üzrə gəlirliliyin artması fondun aktivlərinin həcminin böyüməsinə səbəb olacaq. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...