ŞAD XƏBƏR verildi: Pensiyalar bu qədər artacaq

ŞAD XƏBƏR verildi: Pensiyalar bu qədər artacaq

Hazırki tendensiya gələn il bütün növ əmək pensiyalarında ikirəqəmli artım olacağını göstərir.

 

Sfera.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

O bildirib ki, mövcud qaydalara əsasən, əmək pensiyaları il ərzində orta aylıq əmək haqqındakı artım faizi ilə indeksasiya olunur.

 

"Pensiya kapitalı isə əvvəlki ildə illik infilyasiya səviyyəsinə indeksasiya olunaraq artırılır. Yəni, 2024-cü ilin yanvarında əmək pensiyaları 2023-cü ildə orta aylıq əmək haqqının artım faizinə, pensiya kapitalı isə 2023-cü ildə qeydə alınan rəsmi infilyasiyaya indeksasiya olunaraq artırılacaq.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında nominal orta aylıq əmək haqqı 11.5 faiz artıb. Bu ondan xəbər verir ki, orta aylıq əmək haqqında iki rəqəmli artım var”, - deyə deputat əlavə edib.

 

V.Bayramov qeyd edib ki, mövcud artım tempi ilin sonuna qədər qorunarsa, o halda əmək pensiyaları 2024-cü ildə ikirəqəmli indeksasiyaya cəlb oluna bilər.

 

"Hazırda bu rəqəm 11.5 faizdir. İlin sonuna qədər orta aylıq əmək haqqında hər hansı bir ciddi fərq baş verməzsə, bu halda növbəti ilin yanvarında bütün növ əmək pensiyalarının 11 faiz ətrafında artırılması mümkün olacaq. Təbii ki, dəqiq rəqəm 2024-cü ilin əvvəllərində bəlli olacaq. Amma tendensiya onu göstərir ki, gələn il əmək pensiyalarında ikirəqəmli artım olacaq”, - deyə o,vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...