Ən böyük sərvət fondunun dəyəri 1,4 trilyon dollara yüksəlib

Norveçin Dövlət Sərvət Fondunun aktivlərinin dəyəri bu ilin birinci yarısında 10 faiz artaraq 1,4 trilyon dollara çatıb.
Sfera.az xəbər verir ki, ilin birinci yarısında fond daha 143 milyard dollar mənfəət əldə edib. Fondun açıqladığı məlumata əsasən, yanvar-iyun arasında ən yüksək gəlir səhmlərdən əldə edilib. Səhmlər üzrə gəlir 14 faizdən çox artıb. Sabit gəlirli investisiyalar isə fonda cəmi 2,3 faiz gəlir gətirib.
Qeyd edək ki, Dövlət Sərvət Fondunda yığılan vəsaitlər Norveçin neft və qaz satışından əldə etdiyi vəsaitlərdir.
2022-ci ildə Fondun aktivlərin dəyəri 164,4 milyard dollar azalmışdı. Amma bu il dəyər itkisinin çox hissəsi geri qayıdıb. Fondun sahib olduğu ən böyük səhmlər “Apple”, “Microsoft” və “Alphabet” (“Google”) şirkətlərinə, ən böyük istiqraz isə ABŞ, Yaponiya və Almaniya dövlətinə məxsusdur.
Vasif