İdxal xərclərimiz sürətlə artır – RƏQƏMLƏR

İdxal xərclərimiz sürətlə artır – RƏQƏMLƏR

Bu il Azərbaycana idxalda ciddi artım müşahidə edilir.


Sfera.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, ölkəmiz 2023-cü ilin yanvar-iyul ayları ərzində 9,6 milyard dollar dəyərində mal idxal edib. 


Ötən ilin ilk 7 ayı ilə müqayisə göstərir ki, bu il idxala çəkilən xərc 2,06 milyard dollar, yəni 27,5 faiz artıb. 


İdxalın kəskin artmasına baxmayaraq, ixrac azalıb. İxracda azalma 1,79 milyard dollar və ya 7,9 faiz olub. 


İxracın azalması fonunda idxalın kəskin artması Azərbaycanın xarici ticarət saldosundakı müsbət göstəricini kiçildib. Bu il saldo 3,85 milyard dollar azalaraq 11,2 milyard dollara düşüb. 


İxracın azalmasının əsas səbəbi neft və qaz qiymətlərinin əvvəlki illə müqayisədə azalması ilə bağlıdır. Amma idxalda vəziyyət fərqlidir. Bu il həm qiymətlər artıb, həm də idxalın miqdarımda artım var. 


Bu il bəzi məhsul qrupları üzrə idxal xərclərimiz kəskin yüksəlib. İdxal xərclərində ən böyük artım yanacaqda müşahidə olunub. Ötən ilin 7 ayında yanacağa 557 milyon dollar xərcləndiyi halda bu il xərclər 684 milyon dollar artaraq 1,24 milyard dollara çatıb. 


İdxalda ikinci ən böyük artım avtomobillərlə bağlı olub. Bu il avtomobil və onların ehtiyat hissəsinə idxalına çəkilən xərc 429 milyon dollar artaraq 1,122 milyard dollara çatıb.


Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinə bu il 1,8 milyard dollar xərclənib. Bu ilin ilk 7 ayında qeyd edilən mal qrupu üzrə xərclər 300 milyon dollardan çox artıb. 


Sadalanan mal qrupları üzrə idxalda baş verən artım ümumi artımın 70 faizə qədərini təşkil edib. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...