Azərbaycan manatı 31 yaşında

Azərbaycan manatı 31 yaşında

2023-cü ilin avqustun 15-də manatın dövriyyəyə buraxılmasından 31 il ötür. 


Sfera.az xatırladır ki, 1992-ci ilin avqustun 15-də manat milli pul vahidi kimi tədüvülə buraxılıb. 


1993-cü ilin dekabrın 11-də Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edilib və Azərbaycanın rubl zonasından çıxması təmin olunub.


Azərbaycan Prezidentinin 2005-ci ilin fevralın 7-də imzaladığı “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq 2006-cı ildən başlayaraq manat nominal dəyəri kiçildilərək, dövriyyəyə yeni pul nişanları buraxılıb.


Yeni nümunəli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir.  


Bir manat 100 qəpikdən ibarətdir.


Azərbaycan manatının simvolu –  beynəxalq ISO kodu 994-dür.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR