Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

Azərbaycanın bu il iyulun 1-nə 6 576,9 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 88%-i elə dollarda olub.

 

B barədə Maliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, borcun tərkibində avro 5,2%, yapon yeni 2,8%, digər valyutalar 0,6%, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,4% paya malik olub.

 

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 42,4%-ni, sabit dərəcə ilə olanlar isə 57,6%-ni təşkil edib.

 

Xarici dövlət borcunun 49,4%-i 5 ilə qədər olan müddətdə, 42,6%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 8%-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

 

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə hesabat tarixinə faktiki istifadə olunmuş vəsait üzrə ödənilməmiş qalıq vəsaitdən ibarətdir.

 

İyunun sonuna xarici dövlət borcu 2023-cü il üzrə proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 10%-i qədər olub. Bu ilin I yarısında cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla 116,3 milyon ABŞ dolları və yaxud 1,7% azalıb.


OXŞAR XƏBƏRLƏR

Rafael Ağayev əməliyyat olundu - FOTO

Karate üzrə dünya və Avropa çempionu Rafael Ağayev əməliyyat keçirib.   Sfera.az xəbər verir ki, bu barədə idmançı özü paylaşım edib.   ...

Sakinlərə XƏBƏRDARLIQ: Bu saatlarda liftdən istifadə etməyin

Mayın 9-da səhər saat 09:00-dan günorta 13:00-a qədər Moskva sakinlərinə liftlərdən istifadə etməmələri bildirilib.   Sfera.az xəbər verir ki, b...

İlham Əliyev "Xocalı" yarımstansiyasının açılışında iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzin...

Yeni Papa ilk xütbəni verdi: “İncili təbliğ edin"

Vatikanın Müqəddəs Pyotr Bazilikasında keçirilən mərasimdə Katolik Kilsəsinin yeni rəhbəri Papa XIV Leo ilk xütbəsini verib. Ənənəvi ayinlər çərçivəsində keçiri...

Nazan Öncəl xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış müğənnisi Nazan Öncəl xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkə hesabında mə...

DTX-da Ulu Öndər Heydər Əliyevin 102 illiyi qeyd olunub - FOTOLAR

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti...