“Düyü bir qədər də bahalaşacaq” – “Fitch Ratings”

“Düyü bir qədər də bahalaşacaq” – “Fitch Ratings”

Kredit reytinq agentliyi “Fitch Ratings” bəyan edib ki, Çindəki güclü yağış və daşqınlar səbəbindən dünyada düyü qiymətləri yüksələ bilər. 


Sfera.az xəbər verir ki, dünyanın ən böyük düyü istehsalçısı olan Çində son günlər güclü yağış və daşqınlar müşahidə edilir. 


“Fitch Ratings” Agentliyinin qlobal düyü qiymətləri ilə bağlı hesabatına əsasən, Çinin taxıl istehsal edilən şimal-şərq bölgəsində məhsuldarlığı azaldacaq güclü yağışlar yağıb. Agentlik ehtimal edir ki, güclü yağışlar onsuz da yüksək olan qlobal düyü qiymətlərini bir qədər də artıracaq.


“Fitch Ratings” ehtimal edir ki, təbiət hadisələrinin təsiri ilə Çində məhsul istehsalı azalacaq və bu vəziyyət Çini xaricdən düyü idxalına məcbur edəcək. Çinin düyü idxalına başlaması isə qlobal düyü qiymətlərini daha da yüksəldəcək. 


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Düyü Qiymətləri İndeksinə görə, qlobal düyü qiymətləri hazırda son 12 ilin ən yüksək səviyyəsinə çatıb. 


Düyü qiymətlərinin kəskin yüksəlməsinə Hindistan hökumətinin qərarı da təsir edib. Hökumət keçən ay bəzi ağ düyü növlərinin ixracını qadağan etmişdi. 
Taylandada isə hökumət suya qənaət etmək üçün fermerlərdən daha az düyü əkməyi xahiş edib. 


Qeyd edək ki, düyünün qiymətində artım Azərbaycanda da müşahidə olunur. Ötən ilin əvvəlində uzun düyünün 1 kq-nın orta satış qiyməti 4,1 manat olduğu halda hazırda 4,7 manat, yumru düyünin qiyməti isə 2,3 manat olduğu halda hazırda 2,95 manatdır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR