Logo

Neft Fondunun gəliri 176 milyard dolları ötüb

Neft Fondunun gəliri 176 milyard dolları ötüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz satışından gəlirləri 176 milyard dolları ötüb.

Sfera.az ARDNF-nin müxtəlif vaxtlarda açıqladığı məlumatlara istinadən xəbər verir ki, gəlirlərin daha çox hissəsi “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları üzrə, az hissəsi isə “Şahdəniz” qaz yatağı üzrə əldə edilib.

AÇG üzrə 2001-ci ildən gəlir əldə edilir. 2001-ci ildən 2023-cü ilin avqustun 1-nə kimi olan müddətdə neft yataqlarından 169,42 milyard dollar gəlir olub.

“Şahdəniz”dən isə ARDNF-ə 2007-ci ildən vəsait əldə edilib. Bu ilin avqustun 1-nə kimi qaz yatağı fonda 7,135 milyard dollar qazandırıb.

Ümumilikdə ARDNF-in neft və qaz yataqları üzrə gəliri 176,55 milyard dollara çatıb.

Yalnız 2023-cü ilin ilk 7 ayında ARDNF gəliri AÇG–dən 4,158 milyard dollar, “Şahdəniz”dən 1,141 milyard dollar təşkil edib.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR