Siqaretlərin bahalaşması onun istehlakını azaldıb – Rəqəmlər

Siqaretlərin bahalaşması onun istehlakını azaldıb – Rəqəmlər

Bu gün Azərbaycanda filtrli siqaretlərin qiymətində növbəti artım qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, son illərdə Azərbaycanda siqaretlərin qiymətində müntəzəm artım baş verir. Davamlı qiymət artımları hesabına 2018-2022-ci illərdə siqaretlərin qiyməti 2 dəfəyə yaxın artıb.

 

2018-ci ildə satılan filtrli siqaretlərin bir qutusunun qiyməti orta hesabla 1,4 manat olub. 2023-cü ilin əvvəlində orta qiymət 2,6 manata çatıb. Müqayisə göstərir ki, beş il ərzində siqaretlərin qiymət səviyyəsi 1,2 manat, yəni 85 faizdən çox artıb.

 

Siqaretlərin qiymətinin sürətlə artması onun istehlakını azaldıb. Rəsmi statistikaya əsasən son 5 ildə qiymətlər 85 faiz artdığı halda tütün məmulatlarının satış dövriyyəsi cəmi 50 faiz artıb. Belə ki, tütün məmulatlarının dövriyyəsi 2018-ci ildə 1,07 milyard manat dəyərində olduğu halda, ötən il 1,61 milyard manat təşkil edib.

 

Satış dövriyyəsindəki artım sürətinin qiymətlərdəki artım sürətindən aşağı olması onu göstərir ki, ölkəmizdə tütün məmulatlarının istehlakı azalıb.

 

Tütün məmulatlarının istehlakında azalma 2020-ci ildən müşahidə edilir. Həmin ildə tütün məmulatlarının istehlak miqdarı 5,1 faiz azalıb. Azalma 2021-ci ildə 0,6 faiz, 2022-ci ildə 1,4 faiz olub.

 

Ev təsərrüfatlarının tədqiqinə dair açıqlanan məlumatlardan isə bəlli olur ki, Azərbaycan əhalisinin 15 faizi siqaret çəkir. Siqaret çəkənlər gün ərzində orta hesabla 16 ədəd siqaretdən istifadə edir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...