Logo

Türkiyə bahalaşmanın ağuşunda – Statistika açıqlandı

Türkiyə bahalaşmanın ağuşunda – Statistika açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə prezident seçkilərindən sonra lirənin sürətlə ucuzlaşması və vergilərin artırılması bahalaşma sürətinin yenidən güclənməsinə səbəb olub.

Sfera.az Türkiyənin Statistika Təşkilatına istinadən xəbər verir ki, ölkədə bir ay ərzində bahalaşma 9,5 faizə, son bir ildə isə 48 faizə yüksəlib.

Bundan öncə illik bahalaşma sürəti 38 faiz idi.

Rəsmi məlumata əsasən son 18 ayda Türkiyədə ən yüksək aylıq qiymət artımı iyulda qeydə alınan 9,5 faizlik bahalaşma olub.

Türkiyədə ən çox bahalaşma restoran və hotel qiymətlərində müşahidə edilib. Bu xidmətlər üzrə qiymətlər 82,6 faizə yüksəlib.

Ən az qiymət artımı isə mənzillərin dəyərində müşahidə edilib. Türkiyədə mənzillərin qiyməti son bir ilsə 19,3 faiz artıb.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR