Logo

SOCAR İstiqrazları günü-gündən bahalaşır

SOCAR İstiqrazları günü-gündən bahalaşır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Fond Birjasında (BFB) alğı - satqı əməliyyatları davam edən SOCAR İstiqrazlarının qiyməti bir qədər də bahalaşıb. Belə ki, hər birinin nominal dəyəri 1000 ABŞ dolları təşkil edən istiqrazların satış qiyməti 1% bahalaşaraq, 1 010.00 dollara qədər yüksəlib.

Xatırladaq ki, SOCAR İstiqrazlarının təkrar bazarına oktyabrın 18-dən başlanılıb. Hazırda Dövlət Neft Şirkətinin dövriyyədə olan 100 min istiqrazının hər birinin nominal dəyəri 1000 ABŞ dollarıdır. SOCAR İstiqrazlarının gəlirliliyi illik 5%-dir və faizləri hər 3 aydan bir ödənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR