“Qara dənizdə taxıl daşıyan gəmilərə təhlükəsizlik təminatı verilməyəcək” - BMT

“Qara dənizdə taxıl daşıyan gəmilərə təhlükəsizlik təminatı verilməyəcək” - BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT) bəyan edib ki, Qara dəniz taxıl dəhlizi sazişinin qüvvədə olma müddəti bitdiyi üçün müharibə bölgəsində hərəkət edən gəmilərə təhlükəsizlik zəmanəti verə bilməyəcək. 


Sfera.az xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərin suallarını cavablandıran zaman deyib.


Dujarrik söyləyib ki, BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna və Rusiyanın taxıl və gübrəsini qlobal bazara çıxarmaq üçün səylərini davam etdirəcək. Taxıl ixracatında Rusiyanın gəmiləri hədəf alma ehtimalı ilə bağlı fərqli fikirlərin gündəmə gətirildiyinə diqqət çəkən Dujarric Qara dənizin döyüş bölgəsi olduğunu xatırladıb və “Baş katibdən heç kim təhlükəsizlik zəmanəti tələb edə bilməz" ifadəsini işlədib. 


Xatırladaq ki, Rusiya sazişin müddətini uzatmaqdan birtərəfli qaydada imtina edib.


Bu saziş Rusiya və Ukraynada istehsal edilən taxıl məhsullarının və gübrənin dünya bazarına çıxarılmasının təhlükəsizliyinə təminat verirdi. Sazişin müddətinin uzadılmamasından sonra Qara dəniz vasitəsilə taxıl daşınması dayanıb və bu, xarici bazarlarda əsas taxıl məhsulu olan buğdanın bahalaşmasına səbəb olub. 


 Vasif
 


OXŞAR XƏBƏRLƏR