Azərbaycan dövlətinin 101,8 ton qızılı var – “Nəcib metal”ın son dəyəri açıqlandı
11:58 / 20.07.2023
8353
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 101,8 ton (3 272 975 troya unsiyası və ya 101,8 milyon qram) xalis (999,99 əyar) qızıla sahibdir.
Sfera.az xəbər verir ki, ARDNF bu qədər qızılı 2018-ci ilin ikinci rübündən 2020-ci ilin ikinci rübünədək alıb.
Son məlumatlara əsasən,101,8 ton qızılın bazar dəyəri 6 milyard 315 milyon dolları ötüb. Hazırda ARDNF-in sahib olduğu 54,915 milyard dollarlıq vəsaitin 11,5 faizi qızılda saxlanılır.
Vasif