Taxıl Dəhlizi müqaviləsi başa çatıb – Buğda yenidən bahalaşa bilər 

Taxıl Dəhlizi müqaviləsi başa çatıb – Buğda yenidən bahalaşa bilər 

Qara dəniz taxıl dəhlizində qeydiyyatdan keçən sonuncu gəmi bazar günü Odessa limanından ayrılıb.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, Rusiya son açıqlamasında Taxıl Dəhlizi müqaviləsinin müddətini uzatmayacağını bildirib. Rusiya bəyan edib ki, irəli sürdükləri şərtlər yerinə yetirilmədikcə razılaşmaya qayıtmayacaqlar.

 

Razılaşma çərçivəsində bir il ərzində 32 milyon tondan çox taxıl məhsulu satılıb. Bu razılaşma taxılın dünya qiymətinin aşağı düşməsinə kömək edib. Bununla belə, son aylarda daşınan yüklər xeyli azalmışdı.

 

Çünki yeni gəmilərin müqaviləyə qoşulması qadağan olunduğu üçün iyulda cəmi 250 min ton taxıl daşınıb. Rusiya Prezidenti Vladimir Putin ötən həftənin şənbə günü razılaşma ilə bağlı tələblərinin yerinə yetirilmədiyini bildirib. Rusiya tərəfindən edilən son açıqlamada müqavilənin müddəti bitənə və tələbləri yerinə yetirilmədikcə razılaşmaya qayıtmayacaqları qeyd edilib.

 

Xatırladaq ki, müqavilə ilk dəfə 2022-ci ilin iyulunda razılaşdırılıb və o vaxtdan bəri üç dəfə uzadılıb. Müqavilə çərçivəsində dəhlizdən ixrac edilən taxılın 40 faizi Avropaya, 30 faizi Asiyaya, 13 faizi Türkiyəyə, 12 faizi Afrikaya, 5 faizi isə Yaxın Şərqə daşınıb. Ekspertlər proqnozlaşdırır ki, dəhliz uzun müddət bağlı qalarsa, taxıl qiymətləri yenidən artacaq, idxalçı ölkələr taxıl təminatında çətinliklə üzləşəcək.

 

Vasif


OXŞAR XƏBƏRLƏR