Azərbaycanın qaz ixracı neft ixracından çox olub – İlk DƏFƏ

Azərbaycanın qaz ixracı neft ixracından çox olub – İlk DƏFƏ

Azərbaycanın qaz ixracından əldə etdiyi gəlir ilk dəfə olaraq neft satışından əldə olunan gəliri ötüb. 


Sfera.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında ölkəmizdən 7,8 milyard dollar dəyərində neft satılıb. Qaz satışından gəlirimiz isə 8,03 milyard dollar olub. 


Bu fakt Azərbaycanın xarici ticarət əməliyyatlarında ilk haldır. 


Qaz satışının daha çox gəlir gətirməsi onun ixracda payının artmasına da səbəb olub.İlin birinci yarısında ixracımızın 44,7 faizi qaz satışından, 43,4 faizi neft satışından ibarət olub. 


Qaz satışından daha çox gəlirin əldə edilməsi ixraca yönəldilən məhsulun həcminin artması, eyni zamanda qazın dəyərinin yüksəlməsi ilə bağlıdır. 


Gələcəkdə Azərbaycanın qaz ixracının həcmi daha çox artacaq, neft ixracı isə azalacaq. Buna görə də böyük ehtimalla qaz satışından daxil olacaq ixrac gəlirləri neft ixracından əldə ediləcək gəlirlərdən daima böyük olacaq.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...