Dollar yenidən ucuzlaşır – SƏBƏB

Dollar yenidən ucuzlaşır – SƏBƏB

Son günlər dolların qlobal səviyyədə sürətlə ucuzlaşması müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, dolların qlobal məzənnə dəyərini ifadə edən Dollar İndeksi iyulun 6-da 103 olduğu halda bu gün 99,5 olub. Ötən bir neçə gündə dolların 3,2 faizdən çox ucuzlaşması qeydə alınıb. Dolların ucuzlaşması avro/dollar kursunda da görünür. Bir həftə əvvəl 1,08 dollar olan avro hazırda 1,12 dollardır. Azərbaycanda da avronun bahalaşması baş verir.

 

Bir həftə əvvəl Mərkəzi Bankın elan etdiyi məzənnə 1,84 manat olduğu halda avronun hazırda rəsmi məzənnəsi 1,91 manatdır. Kommersiya banklarında isə avronun satışı 1,94-ə yüksəlib. Dolların ucuzlaşmasının səbəbi ABŞ-də inflyasiya səviyyəsinin gözləniləndən də aşağı olması ilə bağlıdır.

 

ABŞ mərkəzi bankı əvvəlki aylarda inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini artırırdı. Bu artımlardan sonra uçot dərəcəsi 0-0,24 səviyyəsindən 5,5 faizə qədər yüksəldi. Birja analitikləri bildirir ki, inflyasiyanın zəifləməsini nəzərə alaraq, ABŞ mərkəzi bankı faizləri artırmayacaq. Məhz bu gözlənti ilə əlaqədar dollar ucuzlaşır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...