Azərbaycanda qoyun ətinin qiyməti yenidən ARTACAQ

Azərbaycanda qoyun ətinin qiyməti yenidən ARTACAQ

Azərbaycanda ötən ilin ikinci rübündən qoyun-keçi sayında müşahidə edilən azalma hələ də davam edir. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin aprelində qoyun-keçi sayı 8,169 milyon başa yüksəldikdən sonra azalma mərhələsinə keçib. 


Bu heyvanların sayında azalma dinamikası hələ də davam edir. Belə ki, cari ilin əvvəlində qoyun-keçi sayı 7,752 milyon başa, apreldə 7,361 milyon başa, iyulda isə 7,32 milyon başa düşüb. 


Müqayisə göstərir ki, ötən ilin aprelindən bəri qoyun-keçi sayı 849 min baş, yəni 10,4 faiz, ilin əvvəlindən isə 432 min baş, yaxud 5,6 faiz azalıb. 


Qoyun-keçi sayında azalma bazarlarda yem qiymətlərinin artması, heyvan bəslənməsinin gəlirli olmaması ilə izah edilir. Bu səbəbdən fərdi təsərrüfat sahiblərinin kəsimə yönəltdikləri qoyun-keçi sayını artırdığı və bununla da ümumi heyvan sayında azalmanın baş verdiyi ehtimal edilir. 


Yaranmış vəziyyətdə 2023-cü ildə quzu ətinin qiymətinin yenidən artacağı gözlənilir. Hazırda quzu ətinin bir kiloqramının pərakəndə satış qiyməti 17-18 manatdır. Mövcud vəziyyətdə ilin sonuna kimi quzu ətinin qiymətinin 19-20 manata qədər artması ehtimalı var. 


Son bir ildə quzu əti ilə yanaşı qoç ətinin qiymətində də artım baş verir. Bu hal ümumən qoyun əti qiymətlərinin yüksəlməsinə səbəb olur. 


Bir il əvvəl heyvan bazarlarında qoyun ətinin kiloqramının qiyməti orta hesabla 13 manat olduğu halda hazırda qiymət 15 manata çatıb. Son bir ildə qoyun əti 15 faizdən çox bahalaşıb. Bahalaşmanın bir qədər də davam etmək imkanları var. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...

Bakıda ermənilərin növbəti məhkəməsi - FOTOLAR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

75 yaşlı sürücü avtomobili izdihamın üzərinə sürdü: Ağır yaralılar var - FOTOLAR

Aprelin 30-da Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi küçəsində avtomobil yerli çörək zavodunun yaxınlığında izdihamın üzərinə sürüb. Toqquşma nəticəsində az...