2023-cü ilin hər ayında mağazalarda 433 manat xərcləmişik - STATİSTİKA

2023-cü ilin hər ayında mağazalarda 433 manat xərcləmişik - STATİSTİKA

2023-cü ilin birinci yarısında Azərbaycanda pərakəndə ticarət mağazalarında hər ay adambaşına xərclənən pul 432,5 manata yüksəlib.

 

Sfera.az xatırladır ki, ötən ilin birinci yarısında mağazalarda adambaşına 373,5 manat xərclənmişdi.

 

Bir il ərzində insanların adambaşına aylıq xərcləri 59 manat, yəni 15,8 faiz artıb.

 

Xərclərin bu qədər artmasının səbəbi daha çox yüksək inflyasiya ilə bağlı olub. Mağazalarda ərzaq və qeyri-ərzaq mallarının alınmasına çəkilən xərcin 12,8 faizi bahalaşma, 3 faizi isə alınan malların miqdarındakı artımla bağlıdır.

 

Əhali xərclərin daha çox hissəsini ərzaq mallarının alınmasına yönəldib. Aylıq 433 manat xərcin 244 manatı ərzağın, 189 manatı qeyri-ərzağın alınmasına ayrılıb.

 

Son bir ildə ərzağa çəkilən xərc 34 manat, qeyri-ərzağa çəkilən xərc 25 manat artıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...