Logo

İnflyasiya sürəti zəifləyir – DSK

İnflyasiya sürəti zəifləyir – DSK
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət Statistika Komitəsi (DSK) 2023-cü ilin yanvar-iyun aylarını əhatə edən istehlak qiymətləri indeksini açıqlayıb.

Sfera.az DSK-ya istinadən xəbər verir ki, bu dövrdə qiymətlər 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 12,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,5 faiz artıb.

2023-cü ilin iyun ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,91 faiz enib, əvvəlki ilin iyun ayına nisbətən isə 10,6 faiz artıb.

DSK-nın məlumatına görə fevraldan başlayaraq inflyasiya sürətində zəifləmə baş verir. Belə ki, yanvar-fevralda 13,9 faiz olan inflyasiya səviyyəsi son 4 ayda 1,2 faiz bəndi azalıb.

İnflyasiya sürətinin zəifləməsi ərzaq mallarının dəyərindəki bahalaşma tempinin azalmaslı ilə bağlıdır. 2023-cü ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymət səviyyəsi əvvəlki aya nisbətən 2,1 faiz azalıb, əvvəlki ilin iyun ayına nisbətən isə 11,5 faiz artıb.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR