Azərbaycanın bu rayonlarında mehmanxana yoxdur, ən çox mehmanxana isə... – STATİSTİKA

Azərbaycanın bu rayonlarında mehmanxana yoxdur, ən çox mehmanxana isə... – STATİSTİKA

2023-cü ilin əvvəlinə aid olan məlumata əsasən Azərbaycanda 757 ədəd mehmanxana var.

 

Sfera.az xəbər verir ki, mehmanxanaların sayı son bir ildə 45 ədəd, son 5 ildə 136 ədəd artıb.

 

Mehmanxanaların sayının artımında Bakı əsas rol oynayıb. Say artımında hər iki mehmanxanadan 1-i Bakının hesabına baş verib.

 

Beş il ərzində paytaxtda mehmanxanaların sayı 77 ədəd artıb və Bakıda mehmanxanaların ümumi sayı 265-ə çatıb.

 

Paytaxtda olan mehmanxanalar əsasən 3 rayondadır. Bu rayonlar Səbail, Nəsimi və Nərimanovdur. Səbaildə 73, Nəsimidə 49, Nərimanovda 47 mehmanxana fəaliyyət göstərir.

 

Bakının ən kiçik rayonu olan Pirallahıda isə mehmanxana yoxdur.

 

Paytaxtdan kənarda 492 mehmanxana var.

 

Əyalətlərdə ən çox mehmanxana Xaçmaz rayonundadır. Bu rayonda 57 mehmanxana fəaliyyət göstərir. Son 5 ildə Xaçmaz rayonunda mehmanxana sayı cəmi 3 vahid artıb.  

 

Mehmanxana sayı çox olan digər rayonlar Masallı (30 ədəd), Quba (29 ədəd), Lənkəran (26 ədəd), Şamaxı (23 ədəd), Qəbələ (23 ədəd), İsmayıllı (22 ədəd), Qusardır (20 ədəd).

 

Azərbaycanda bəzi rayonlarda (işğaldan azad edilən rayonlar nəzərə alınmır – red.) mehmanxana yoxdur. Həmin rayonlar Qobustan, Samux, Siyəzən, Ucar, Hacıqabul və Neftçaladır. 

 

Son  ildə mehmanxana sayında ən çox artım Cənub və Şimal-Qərb regionunda qeydə alınıb. Cənubda mehmanxanaların sayı 12 ədəd, Şimal-Qərbdə 11 ədəd artıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...