Türkiyədə əhalinin 9,5 faizi işsizdir

Türkiyədə əhalinin 9,5 faizi işsizdir

Türkiyə Statistika Təşkilatının may ayına dair açıqladığı məlumata əsasən, ölkədə işsizlik səviyyəsi 9,5 faiz olub.

 

Sfera.az xəbər verir ki, ötən illə müqayisədə işsizlik səviyyəsində 0,5 faiz bəndi azalma qeydə alınıb.

 

Mayda 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 3 milyon 328 min nəfər olub. İşsizlik nisbəti kişilər arasında 7,7 faiz, qadınlar arasında 13 faizdir.

 

Ən yüksək işsizlik səviyyəsi gənclər arasındadır. Gənclərin 17 faizi işsizdir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR