Dünyada gəmi istehsalının 63 faizi bir ölkənin payına düşür

Dünyada gəmi istehsalının 63 faizi bir ölkənin payına düşür

İngiltərənin araşdırma və təhlil təşkilatı “Clarkson Research” tərəfindən verilən açıqlamaya əsasən dünyada gəmi istehsalı ilə bağlı ən çox sifarişi Çin gəmi istehsalçıları alır.

 

Sfera.az xəbər verir ki, ilin birinci yarısında dünya üzrə gəmi sifarişlərinin ümumi sayı 678 təşkil edib. Çin gəmi istehsalçıları bu sifarişlərdən 428-ni, yəni 63 faizini alıb.

 

Çin iyun ayında 71 gəmi sifarişi alıb ki, bu da dünya üzrə ümumi sifarişin 80 faizini təşkil edir.

 

2022-ci ildə Çin həm istehsal, həm də alınan sifarişlər baxımından ən böyük paya malik olmaqla dünya reytinqində birinci yerdədir. Çin Milli Gəmiqayırma Sənayesi Dərnəyi, 2022-ci ildə ölkənin tərsanələrində həyata keçirilən istehsalın ötən il dünya istehsalının 47,3 faizini təşkil edərək 37,86 milyon tona çatdığını açıqladı. Gəmiqayırma sənayesinin digər mühüm göstəricisi olan yeni sifarişlərə gəlincə, Çin 2022-ci ildə dünya bazarında 55,2 faiz pay alaraq 45,52 milyon tona çatıb. Sektorun gözlənilən sifarişlərinin tonajı əvvəlki ilə nisbətən 10,2 faiz artaraq 105,57 milyon ton olub. Bu, dünya bazarının 49%-nə uyğundur.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...