“Ömürlərinin ən azı 20-25 ilini...” – İpoteka kreditinin ağırlığı altında əzilənlər

“Ömürlərinin ən azı 20-25 ilini...” – İpoteka kreditinin ağırlığı altında əzilənlər

“Azərbaycanda, xüsusilə Bakıda daşınmaz əmlakların satış qiymətlərində ciddi artımlar müşahidə olunur”.

 

Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, artıq nağd qiymətə mənzil almaq hamı üçün əlçatan deyil:

 

“Buna görə də insanlar məcburən banklara, kreditli şərtlərlə satılan mənzillərə üz tuturlar. Ötən il çoxmənzilli yaşayış binalarında satılan mənzillərin böyük hissəsi ipoteka, bank daxili və tikinti şirkətləri tərəfindən daxili kreditli şərtlərlə satılıb. Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-noyabr ayları ərzində qeydiyyata alınan girov müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38% artaraq 64963 olub. Bu məlumat yalnız çıxarışlı mənzillərə şamil olunur. Çıxarışı olmayan, yəni tikilməkdə və yaxud hazır binalarda olan, daxili kreditlərlə satılan mənzillərin sayı da kifayət qədərdir”.

 

Ekspert bildirib ki, ipoteka kreditlərinin şərtləri ağırdır:

 

“Bu səbəbdən əksər vətəndaşlar faiz dərəcəsinin yüksək olmasına baxmayaraq, daxili kreditlərlə satılan mənzillərə daha çox müraciət edirlər. Bu prosesin uzun illərdir davam etdiyini nəzərə alsaq, deməli, ölkədə yüz minlərlə daşınmaz əmlaklar banklarda girovdadır. Həmin mənzillərin sahibləri ömürlərinin ən azı 20-25 ilini banklara kredit ödəməklə keçirirlər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...