Türkiyədə vergilər artırıldı

Türkiyədə vergilər artırıldı

Türkiyədə hökumətin yeni qərarına əsasən istehlak vergi və rüsumlarında ciddi artım baş verib.

 

Sfera.az xəbər verir ki, hökumətin yeni qərarına əsasən 2023-cü ilin iyulun 10-dan mal və xidmətlərə tətbiq edilən 18 faizlik əlavə dəyər vergisi (ƏDV) 20 faizə, 8 faizlik ƏDV 10 faizə qaldırılıb.

 

Bəzi məhsullarda isə ƏDV dərəcəsi daha çox artırılıb. Yeniliyə əsasən sabun, şampun, yuyucu vasitə, dezinfeksiyaedici vasitələr, nəm salfetlər, tualet kağızı, kağız dəsmal, salfetlərə tətbiq edilən ƏDV dərəcəsi 8 faizdən 20 faizə qaldırılıb.

 

Benzin, tütün, spirtli içli və elektron cihazların ƏDV dərəcələri 20 faiz olub. Əsasən ərzaq məhsulları əhatə edən 1 faiz ƏDV bəndi dəyişdirilməyib.

 

Vergilərin artımı təkcə ƏDV ilə məhdudlaşmır. İstehlak kreditlərindən alınan bank və sığorta əməliyyatları vergisi 5 faiz bəndi artırılaraq 15 faizə çatdırılıb.

 

Xaricdən gətirilən notariat, pasport və viza rüsumlarında və telefondan istifadə icazəsi ödənişlərində daha bir böyük artım yaşanıb.

 

Rüsumlar haqqında Qanuna əsasən tariflərə daxil olan sabit rüsumlar 50 faiz artırılarkən, xaricdən şəxsi istifadələri üçün gətirilən kommersiya xarakterli olmayan telefondan istifadə icazəsi haqqı 6091 lirədən 20 min lirəyə (1300 manat) qaldırılıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR