İndi banklardan manatla kredit götürmək daha ucuz başa gəlir – FAİZLƏR ENDİ

İndi banklardan manatla kredit götürmək daha ucuz başa gəlir – FAİZLƏR ENDİ

Azərbaycanında banklar və bank olmayan kredit  təşkilatları tərəfindən son aylarda manatla verilən yeni kreditlərdə faizlər azaldılıb, xarici valyutada verilən kreditlərdə isə faizlərdə artım müşahidə edilib.

 

Sfera.az Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, 2019-2021-ci illərdə manatla kreditlər üzrə faizlərdə yüksəlmə müşahidə edilirdi. Amma 2022-ci ilin üçüncü rübündən faizlərin azalma əlamətləri qeydə alınıb.

 

2019-2021-ci illər ərzində manatla yeni kreditlər üzrə orta faiz dərəcəsi 14,67-dən 16,43-ə qədər yüksəlmişdi. Xarici valyutada verilən kreditlərdə faizlər sabit qalmışdı.

 

2022-ci ilin əvvəlində manatla verilən yeni kreditlərdə faizlər 17,55 səviyyəsinə qədər yüksəlsə də, xarici valyutada kredit faizləri bir qədər azaldı.

 

2022-ci ilin üçüncü rübündən isə manatla verilən kreditlər üzrə faizlərin azalması, xarici valyutada verilən kreditlərdə faizlərin artması müşahidə edilir.

 

Son məlumatlara əsasən manatla yeni kreditlərdə orta faiz dərəcəsi 15,5-ə geriləyib, xarici valyutada isə 5,3 həddini keçib.

 

Qeyd edək ki, adtən yüksək inflyasiya şəraitində Mərkəzi Bankın müdaxiləsi ilə kredit faizləri artırılır. Kredit faizləri yüksəldikdə kreditlərə tələb azalır və bu, bazarlarda alıcılıq qabiliyyətini zəiflədir. Alıcılıq imkanlarının zəifləməsi isə inflyasiya səviyyəsinin aşağı düşməsinə kömək edir.

 

Yüksək inflyasiya şəraitində kredit faizlərinin azalması qiymətlərin artmasını dəstəkləyir. Əgər yüksək inflyasiyanın müşahidə edildiyi mövcud şəraitində yeni kreditlər üzrə faizlərin azaldılması dinamikası davam edərsə, bunun qiymət artımlarının səngiməsinə neqativ təsirləri olacaq.

 

Vasif


OXŞAR XƏBƏRLƏR