Dollar alışı xeyli azalıb – RƏQƏMLƏR

Dollar alışı xeyli azalıb – RƏQƏMLƏR

Bu il nağd şəkildə dollar alışında azalma müşahidə edilir.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-may dövrünü əhatə edən 5 ay ərzində banklardan və valyuta mübadiləsi həyata keçirən digər təşkilatlardan nağd şəkildə 661,2 milyon ABŞ dolları alınıb.

 

Geridə qalan dövrdə ən çox dollar alışı mart ayında qeydə alınıb. Martda dollar alışı 148,1 milyon olub. Ən az alış isə mayda müşahidə edilib. Mayda 105,2 milyon dollar alınıb. 2022-ci ilin yanvar-may ayları ərzində nağd şəkildə 1,13 milyard dollar alınmışdı. Bu il dollar alışında 1,7 dəfədən çox azalma baş verib.

 

Dollar alışı azaltmaqla bərabər banklara və digər valyuta mübadiləsi həyata keçirən təşkilatlara satılan dollar da azalıb. İlk 5 ayda cəmi 639 milyon dollar satışı həyata keçirilib. Ən çox satış mayda (156,4 milyon), ən az satış isə fevralda (112 milyon) qeydə alınıb. Müqayisə üçün bildirək ki, 2022-ci ilin eyni dövründə nağd şəkildə 701 milyon dollar satılmışdı. Məlumatlardan göründüyü kimi, bu il dollar alışı azaldığı kimi satışı da xeyli azalıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR