Səhmlər və daşınmaz əmlak daha çox gəlir gətirir – RƏQƏMLƏR

Səhmlər və daşınmaz əmlak daha çox gəlir gətirir – RƏQƏMLƏR

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) son illərdə əldə etdiyi gəlirin böyük hissəsi səhmlərdən və daşınmaz əmlakdan daxil olub. 


Sfera.az ARDNF-in açıqladığı məlumatlara istinadən xəbər verir ki, səhmlərə və daşınmaz əmlaka az investisiya edilməsinə baxmayaraq, onlar Azərbaycana digərlərindən daha çox qazandırıb. 


Ümumilikdə ARDNF-in investisiya portfeli 49,033 milyard dollar təşkil edib. Bunun 30,43 milyard dolları sabit gəlirli qiymətli kağızlara, 9,61 milyard dolları səhmlərə, 3,05 milyard dolları daşınmaz əmlaka, 5,94 milyard dolları qızıla qoyulub. 


2018-2022-ci illərdə aktivlər üzrə gəlirlərə dair açıqlanan məlumatlardan görünür ki, səhmlərin və daşınmaz əmlakın payının sabit gəlirli qiymətli kağızlardan az olmasına baxmayaraq, əldə edilən gəlirlər daha çox olub. 


Beş il ərzində sabit gəlirli qiymətli kağızlardan 748 milyon dollar gəlir əldə edilib. Bu müddətdə daşınmaz əmlakdan gəlirlər 911 milyon dollar, səhmlərdən gəlirlər isə 1,218 milyard dollar olub. 


Buna görə də gələcəkdə səhmlərə və daşınmaz əmlaka investisiyaların artırılması gəlirlərin artırılması baxımından böyük əhəmiyyətə sahib olacaq. 


Hazırda səhmlərə qoyulan investisiyanın ümumi sərmayə portfelində payı 19,6 faiz, daşınmaz əmlakın payı isə 6,2 faizdir. Gələcəkdə səhmlərin payının 25 faizə, daşınmaz əmlakın payının 10 faizə çatdırılması nəzərdə tutulub. 


ARDNF səhmlərin və daşınmaz əmlakın payındakı artıma sabit gəlirli qiymətli kağızların payını azaltmaq yolu ilə nail olmaq istəyir. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...