Mərkəzi Bankın son qərarı lirəni xilas edəcəkmi? – Deputat AÇIQLADI

Mərkəzi Bankın son qərarı lirəni xilas edəcəkmi? – Deputat AÇIQLADI

“Türkiyə məzənnə stabilliyini qısa deyil, daha çox orta və uzun müddətli dövr üçün hədəfləyir”.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O qeyd edib ki, iqtisadi amillərlə yanaşı siyasi faktorlar və eləcə də 50 faizə çatan illik inflyasiya dərəcəsi lirənin qısa müddətdə stabilləşməsini əngəlləyir:

 

“Türkiyədə yeni kabinetin fərqli yanaşması da lirənin məzənnəsindəki ucuzlaşmanın qarşısını ala bilmir. Digər tərəfdən, Türkiyənin yeni maliyyə nazirinin U dönüşlü mesajları maliyyə bazarlarında volatilliyi azaltsa da, stabilliyinə nail olmaq mərhələli prosesdir. Bu baxımdan strategiya qısa müddətlidən daha çox, uzun müddətli hədəflərə söykənilir.  Bunlarla yanaşı, Türkiyədə əvvəlki dövrdən fərqli olaraq Mərkəzi Bankın daha müstəqil qərarları, kabinetin yeni yanaşmaları qardaş ölkə iqtisadiyyatı ilə bağlı nikbinliyi artırır”.

 

Millət vəkili xatırladıb ki,  Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyorudur: “Enerjidən kənar ixracatımızın 1/3-dən çoxu qardaş ölkəyə ünvanlanır. Bu baxımdan, strateji mütəffiqimiz olan Türkiyədə məzənnə stabilliyinə nail olunması bizim üçün həmçinin ixracatın həcmi baxımdan da vacibdir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...

Zaxarova: "XİN başçılarının “3+3” formatında növbəti görüşünə hazırlıq gedir"

Xarici işlər nazirləri səviyyəsində “3+3” formatında növbəti görüşə hazırlıq davam edir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xari...