Logo

Bankların xarici borcu sürətlə artır – RƏQƏMLƏR

Bankların xarici borcu sürətlə artır – RƏQƏMLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda fəaliyyət göstərən 24 kommersiya bankının xarici borcu 2,5 milyard manatı ötüb.

Sfera.az Mərkəzi Banka istinadən bildirir ki, bu ilin iyunun 1-də xarici borcun məbləği 2,555 milyard manata çatıb.

2023-cü il ərzində bankların xarici borcu 793 milyon manat və ya 45 faiz artıb. Ötən ilin sonunda bankların 1,762 milyard manat dəyərində xarici borcu olub.Cəmi 5 ayda borcun 50 faizə yaxın artması banklarımızın sürətlə borclanmasının göstəricisidir.

Xatırladaq ki, 2015-ci ildəki devalvasiyadan sonra bankların xarici borcu sürətlə azalırdı. Həmin ildə 8,25 milyard manat olan xarici borcun həcmi, 2021-ci ilin sonunda 1 milyard manata qədər azalıb. 2022-ci ildən isə xarici borcun məbləği yenidən artmağa başlayıb. 2023-cü ildə borcların artırılması prosesi davam edir.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR