Logo

Bu ərzaq məhsulu yeddi ildə 3,16 dəfə bahalaşıb

Bu ərzaq məhsulu yeddi ildə 3,16 dəfə bahalaşıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tərəvəzlər son illərdə ən çox bahalaşan ərzaq məhsuludur.

Sfera.az xəbər verir ki, 2015-ci ildən bəri ərzaq məhsulları 91 faiz bahalaşdığı halda tərəvəzlərdə qiymət artımının sürəti 216 faizi (3,16 dəfə) ötüb. Başqa sözlə 7 il əvvəl 100 manatlıq tərəvəzin dəyəri 2023-cü ilin əvvəlində 316 manata yüksəlib.

Tərəvəzlərdə daha böyük qiymət artımı 2021-ci və 2022-ci ildə qeydə alınıb. Bu məhsulların dəyəri 2020-ci ildə 2015-ci ilə nisbtən 62,4 faiz artdığı halda, bahalaşma sürəti 2021-ci ildə 102,5 faizə (2,02 dəfə), 2022-ci ilin sonunda 316 faizə çatıb.

Ərzaq malları arasında ikinci heç bir məhsul bu qədər bahalaşmayıb. Yalnız kərə və bitki yağlarının qiymətində 2015-ci ilə nisbətən bahalaşma 99 faizə (1,99 dəfə) yüksəlib.

Digərlərində qiyməti artımı 50-100 faiz arasında dəyişib. 
Tərəvəzlərin bu sürətlə bahalaşması əhalinin ərzaq xərclərinin artmasında əsas rol oynayıb.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR