Buğda 38 manat ucuzlaşıb
14:25 / 17.06.2023
4203
Azərbaycana 2023-cü ilin mayında idxal edilən ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 465,98 manata düşüb.
Sfera.az xəbər verir ki, apreldə idxal edilən buğdanın dəyəri 504 manat idi.
Müqayisə göstərir ki, idxal buğdasının qiyməti mayda 38 manat azalıb.
Ümumilikdə, Azərbaycana bu ilin yanvar-may ayları ərzində 134,904 milyon dollar dəyərində 450 152,65 ton buğda idxal edilib. Buğdanın bir tonunun qiyməti 299,7 dollar, yəni 509,5 manat təşkil edib.
Vasif