Logo

Türkiyə valyutası sürətlə ucuzlaşır – 1 dollar 23 lirəni də ötdü

Türkiyə valyutası sürətlə ucuzlaşır – 1 d ollar 23 lirəni də ötdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Türkiyədə birjalar açılanda lirənin kəskin ucuzlaşması müşahidə edilib.

Sfera.az xəbər verir ki, dünən 21,55 olan dollar/lirə məzənnəsi bu gün 7 faizdən çox yüksələrək 23,12 həddini ötüb.

Bununla da dollarda bahalaşma sürəti ilin əvvəlindən 20 faizə çatıb.

Türk valyutasının dəyər itirməsinin əsas səbəbi ölkənin xarici ticarət kəsirinin böyük olması ilə bağlıdır. İllik kəsirin məbləği 100 milyard dollardan çoxdur. Bu il kəsirin 130 milyard dolları ötməsi gözlənilir.

Buna görə də 2023-cü ildə dolların lirə məzənnəsinin 25 həddini ötməsi proqnoz edilir.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR