Azərbaycanda dollara tələb minimuma düşüb

Azərbaycanda dollara tələb minimuma düşüb

Azərbaycanda dollara tələb minimum səviyyəyə düşüb. 


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu gün keçirilən valyuta hərracında tələb 8,6 milyon dollar təşkil edib.

 

Tələbin bu səviyyəsi cari ildə qeydə alınan ən aşağı səviyyədir. 


Ümumilikdə, bu il dollara tələbin zəifləməsi müşahidə edilir. Yanvar-may aylarına dair açıqlanan məlumatlar göstərir ki, hərraclarda nəzərdə tutulan valyutanın təxminən yarısı satıla bilib. 2022-ci ildə də oxşar vəziyyət var idi. Bu səbəbdən Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulan vəsaitin xeyli hissəsi satılmır. İlk 5 ayın nəticəsinə istinadən demək olar ki, tələbin azalması səbəbindən 2023-cü ildə də Neft Fondunun böyük məbləğdə vəsaitinə qənaət olunacaq. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazov polislərə tələb qoydu

Daxili işlər naziri Vilayət Eyvazov polis əməkdaşlarından vətəndaş məmnunluğunun təmin edilməsi, qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. ...

Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı

Xalq artisti Niyaməddin Musayev ilk dəfə illərdir küsülü olduğu qardaşı oğlu Musa Musayevin adını çəkib.   Sfera.az xəbər verir ki, "Xəzər ...

Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu v...

London Kiyevə 5000 zenit raketi tədarük edəcək

Böyük Britaniyanın baş nazirinin müavini Ancela Reyner cümə axşamı Ukraynaya 5 mindən çox “Thales” zenit-raket kompleksinin tədarükü ilə bağlı öncəd...

Ermənistan XİN də bugünkü görüşlə bağlı məlumat yaydı

Ermənistan XİN Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşlə bağlı məlumat yayıb.   ...

"Range Rover"in yeni loqosu bəyənilmədi

Məşhur britaniyalı avtomobil istehsalçısı Jaguar Land Rover (JLR) 55 illik tarixi olan Range Rover brendi üçün ilk dəfə rəsmi loqo təqdim edib. Lakin şirkətin b...