Azərbaycanın qeyri neft-qaz mallarının ixracı 1,46 milyard dolları ötdü

Azərbaycanın qeyri neft-qaz mallarının ixracı 1,46 milyard dolları ötdü

Azərbaycanın 2023-cü ilin yanvar-may ayları ərzində ixrac etdiyi qeyri neft-qaz mallarının dəyəri 1,465 milyard dolları ötüb.


Sfera.az Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri neft-qaz mallarının ixrac dəyəri 22,1 faiz, yəni 265 milyon dollar artıb. Ötən ilin yanvar-may ayları ərzində ölkəmizdən 1,2 milyard dollar dəyərində qeyri neft-qaz malları ixrac olunmuşdu. 
May ayında bu növ malların ixracı 278 milyon dollar olub ki, burada da 26 faiz artım deməkdir. 


Xatırladaq ki, ötən il ərzində Azərbaycan 3,048 milyard dollar dəyərində qeyri neft-qaz malları satmışdı. 2022-ci ildə həmin malların ixracında 12,3 faiz artım qeydə alınmışdı. 


Əgər bu ilin ilk 5 ayında qeyri neft-mallarındakı artım tempi ilin sonuna qədər qorunarsa, o halda, 2023-cü ildə qeyri neft-qaz mallarının ixrac dəyəri 3,5 milyard dollar ola bilər. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi

Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.   Sfera.az xəbər verir ki, qrupa 9-16 yaş ar...

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlar davam etdiriləcək. ...

12 iyulla bağlı vacib MƏLUMAT

Dünyada anomal istilər baş verir. Belə ki, Avropada kəskin istilər nəticəsində 2300-ə yaxın insan ölüb, Amerikada istidən asfalt örtüyü əriyib. Ölkəmizdə isə hə...

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.   Sfera.az Rusiya KİV-ə istina...

Azərbaycanlı hərbi jurnalist vəfat etdi - FOTO

Hərbi jurnalist Gülbəniz Arifqızı vəfat edib.   Sfera.az xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.   ...

DİN-də antinarkotik tədbirlərinin gücləndirilməsi müzakirə olundu

2025-ci ilin ilk 6 ayı ərzində daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli Kol...