Ötən il regionlarda sənaye müəssisələrinin və aqroparkların sayı artırılıb

Ötən il regionlarda sənaye müəssisələrinin və aqroparkların sayı artırılıb

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasından dörd il ötür. Bu il proqramın icrasının sonuncu ilidir. 


Sfera.az xəbər verir ki, proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin bir hissəsi 2022-ci ildə həyata keçirilib. 


İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, Azərbaycan Prezidenti İlham Əliyev ötən il ərzində də regionların inkişafını diqqət mərkəzində saxlayıb, Bakı şəhəri ilə yanaşı bölgələrə - Abşeron, Ağcabədi, Ağdam, Ağsu, İsmayıllı, Oğuz, Qobustan, Qubadlı, Şabran, Şəki, Füzuli, Göygöl, Şuşa, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Tərtər və Xızı rayonlarına, eləcə də Gəncə, Sumqayıt şəhərlərinə səfərlər edərək 160-dan çox obyektin açılış və təqdimat mərasimlərində iştirak edib. 


Bölgələrə səfərlərlə yanaşı dövlət başçısı 2022-ci il ərzində müxtəlif rayon və şəhərlərin sosial-iqtisadi inkişafı və bəzi mühüm layihələrin icrası istiqamətində dövlət büdcəsində nəzərdə tutulan əsaslı vəsait qoyuluşu, həmçinin Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ümumilikdə 208,1 milyon manat vəsaitin ayrılması ilə bağlı 44 Sərəncam imzalayıb. 


Dövlət proqramı çərçivəsində regionlarda sənaye müəssisələrinin yaradılması davam etdirilib. Ağdam Sənaye Parkında 12 rezident qeydiyyatdan keçib. Bunun nəticəsində 44 iş yeri yaradılıb. Bununla yanaşı, “Yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidmətlərinin göstərilməsi” layihəsi üzrə “KAMAZ Lizinq Azərbaycan” MMC və “Dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı” layihəsi üzrə “Prestij-Kimya” MMC İqtisadi Zonaların İnkişafı Agentliyinin müvafiq qərarları ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentləri kimi qeydiyyata alınıblar. 


Sumqayıt Kimya Sənaye Parkında bu ilin əvvəlinə qədər 32 rezident qeydiyyatdan keçib. Rezidentlər tərəfindən 2022-ci ildə 2,7 milyard manat həcmində məhsul istehsalı həyata keçirilib ki, bunun da 1 milyard manatlıq hissəsi ixrac olunub. Həmçinin, Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi fəaliyyətini davam etdirilub, istehsal olunan məhsulların satışı həyata keçirilib.


Pirallahı Sənaye Parkında “Dərman vasitələrinin istehsalı” layihəsi üzrə “R-Pharm” MMC və “Müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı” layihəsi üzrə “Diamed Co” MMC tərəfindən istehsal fəaliyyəti, “Uşaq bezlərinin istehsalı” və “Zəfərandan mürəbbə və limonad istehsalı” layihələri üzrə müəssisələrin təşkili işləri davam etdirilib. Həmçinin, hesabat dövründə “Diabet xəstələri üçün özünü müayinə cihazlarının və onların striplərinin istehsalı” layihəsi üzrə “MEDTEST” MMC rezident kimi qeydiyyatdan keçib. 


Balaxanı Sənaye Parkında 25 rezidentdən 17-si tərəfindən istehsal fəaliyyəti, digər rezidentlər tərəfindən isə istehsal sahələrinin tikintisi davam etdirilib. Sənaye parkının iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılması nəticəsində ümumilikdə 1100-dən çox iş yeri yaradılmış və istehsal olunan məhsulların satışı həyata keçirilib. 


Sənaye Məhəllələrində də işlər genişləndirilib. Məhəllələrdə 38 rezident qeydiyyatdan keçib və bunlardan 25 rezident artıq istehsal fəaliyyətinə başlayıb. Həmçinin rezidentlər tərəfindən bu ilin əvvəlinə qədər  85,3 milyon manat investisiya yatırılıb və 400 nəfərdən çox iş yeri yaradılıb.


Ötən il ərzində ölkəmizdə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri 2022-ci il ərzində də ardıcıl olaraq həyata keçirilib. Ölkədə real sektora özəl investisiyaların cəlb edilməsini artırmaq məqsədi ilə 2022-ci il ərzində 49 sahibkarlıq subyektinə 50 investisiya təşviqi sənədi təqdim olunub. İnvestisiya təşviqi sənədi təqdim edilən layihələrin reallaşması nəticəsində yerli istehsala 664,6 milyon manat investisiyanın yatırılması və 2323 yeni iş yerinin açılması nəzərdə tutulur. 2022-ci il ərzində isə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 77 milyon ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 630 təsdiqedici sənəd verilmiş və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 18,54 milyon ABŞ dolları məbləğində güzəşt əldə olunub. 


Ötən il ərzində sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin göstərilməsi davam etdirilib. 2022-ci il ərzində müvəkkil kredit təşkilatları vasitəsilə 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat, o cümlədən respublikanın regionları üzrə 2644 investisiya layihəsinin maliyyələşdirilməsinə 121,2 milyon manat güzəştli kredit ayrılıb. Maliyyələşdirilən layihələr hesabına 3026 yeni iş yerinin açılması imkanı yaranıb. 


Aqrar sektorun inkişafında mühüm əhəmiyyət kəsb edən aqroparkların və müasir iri fermer təsərrüfatlarının yaradılması istiqamətində də işlər 2022-ci ildə də davam etdirilib. Hazırda respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark üzrə işlər davam etdirilir. Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb. Sözügedən aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır. 

 

Bütövlükdə hesabat dövründə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası davam etdirilibş və qarşıdakı dövrdə də sözügedən tədbirlərin icrası ilə yanaşı işğaldan azad edilən ərazilərdə quruculuq-bərpa, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin edilməsi istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsi nəzərdə tutulub.

 


Vasif 

 


Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 
Mövzu: regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

 



 


OXŞAR XƏBƏRLƏR

12 iyulla bağlı vacib MƏLUMAT

Dünyada anomal istilər baş verir. Belə ki, Avropada kəskin istilər nəticəsində 2300-ə yaxın insan ölüb, Amerikada istidən asfalt örtüyü əriyib. Ölkəmizdə isə hə...

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.   Sfera.az Rusiya KİV-ə istina...

Azərbaycanlı hərbi jurnalist vəfat etdi - FOTO

Hərbi jurnalist Gülbəniz Arifqızı vəfat edib.   Sfera.az xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.   ...

Əli Əsədov pakistanlı naziri qəbul etdi

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 10-da Pakistan İslam Respublikasının federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb.   Bu bar...

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...