Logo

Türkiyə Bosfor və Dardaneldən keçid qiymətlərini artırdı – YENİ TARİFLƏR

Türkiyə Bosfor və Dardaneldən keçid qiymətlərini artırdı – YENİ TARİFLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Bosfor və Dardanel boğazlarından keçid qiymətlərini artırıb.

Sfera.az xəbər verir ki, qərara əsasən, 2023-cü ilin iyulun 1-dən boğazlardan keçən gəmilərə görə ödəniş məbləği 8%-dən çox artırılaraq ton başına 4,42 dollara çatdırılıb.

Türkiyə mənbələrinin bildirdiyinə görə, artımdan sonra dövlət büdcəsinə il ərzində əlavə olaraq 900 milyon dollar vəsait daxil olacaq.

Qeyd edək ki, boğazlardan keçid qiyməti Montrö Konvensiyasının şərtlərinə əsasən müəyyənləşir. Ötən ilin oktyabrında Türkiyə ticarət gəmilərinin boğazlardan keçid qiymətini 5 dəfə artıraraq 0,8 dollardan 4,08 dollara çatdırıb.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR