Türk valyutasında sürətli ucuzlaşma - 1 dollar 21 lirə oldu

Türk valyutasında sürətli ucuzlaşma - 1 dollar 21 lirə oldu

Cəmi dörd gün öncə dollar/TL məzənnəsi 19,9 olduğu halda bu gün məzənnə 21 həddinə çatıb. Qısa müddətdə dollar türk valyutasına qarşı 5,5 faiz bahalaşıb. 


Sfera.az xəbər verir ki, lirənin ucuzlaşması gözlənilən idi. Əslində lirə ilin əvvəlindən sürətlə ucuzlaşmalıydı. Amma hökumətin seçkiöncəsi vəziyyəti gərginləşdirməmək üçün atdığı addımlar, xaricdən aldığı borclar lirənin sürətlə ucuzlaşmasını ləngitdi. Bu tədbirlərin hesabına ilin əvvəlindən seçkilərə qədər, yəni 5 ay ərzində dollar lirəyə qarşı cəmi 5,5 faiz bahalaşdı. Seçkidən sonra isə dollarda bahalaşma dəfələrlə sürətləndi və cəmi 4 gündə dollar 6 faizə yaxın dəyər qazanıb. 


Lirənin sürətlə ucuzlaşması Türkiyə əhalisinin sosial vəziyyətinin pisləşməsinə, əhalinin gəlirlərinin real dəyərinin aşağı düşməsinə, alıcılıq qabiliyyətinin zəifləməsinə səbəb olacaq. 


Xarici investisiya qurumlarının dəyərləndirməsinə görə dolların lirəyə nəzərən bahalaşması ilboyu davam edəcək və məzənnə tezliklə 25 həddinə çatacaq. Əgər bu, baş verərsə, Türkiyədə yenidən yüksək inflyasiya müşahidə ediləcək. 

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR