Mikayıl Cabbarov İrakli Qaribaşvili ilə görüşdü - FOTO
Kateqoriya məlum deyil
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Sfera.az bildirir ki, O, bu barədə öz “Twitter” hesabında paylaşım edib.
Bildirilib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin önəmi və iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində təşəbbüslər barədə fikirlər bölüşülüb.






