Logo

Qarabağ daha sürətlə bərpa ediləcək: Üç ildə 10 milyard manatdan çox vəsait xərclənəcək

Qarabağ daha sürətlə bərpa ediləcək: Üç ildə 10 milyard manatdan çox vəsait xərclənəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan dövləti işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə ayrılan vəsaiti 2023-cü ildə 2 dəfə artıraraq üçillik xərcləri 10 milyard dollara çatdıracaq.

Sfera.az xəbər verir ki, 2023-cü ilin dövlət büdcəsinə təklif edilən dəyişikliyə əsasən, işğaldan azad edilən ərazilərin bərpasına ayrılacaq illik xərclər 2,26 milyard manatdan 5,26 milyard manata çatdırılacaq.

Əgər bu vəsaitlərin hamısı xərclənərsə, 2021-2023-cü illəri əhatə edən üçillik dövrdə bərpa işlərinə xərclənən pul 10,108 milyard manatı ötəcək.

Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə tikinti, bərpa və yenidənqurma işlərinə 2021-ci ildə 2,1784 milyard manat, 2022-ci ildə 2,67 milyard manat xərclənib.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR